Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin arasında qeyri-formal görüş başa çatıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Çin rəhbəri artıq Kreml sarayını tərk edib.
Məlumata görə, tərəflər arasında danışıqlar, demək olar, 4,5 saat davam edib.
18.08
Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında qeyri-rəsmi görüş başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumatlar yayılıb.
Məlumata görə, liderlər arasında danışıqlar Kreml sarayında təkbətək formatda keçirilir.
Bizim.Media