Türkiyənin Hatay bölgəsində zəlzələdən zərər çəkən insanların sığınacaq tapdığı çadır qəsəbəsində yanğın baş verib.
Bizim.Media Türkiyə mətbuatına istinadən bildirir ki, Nümunəevlər adlanan ərazidə qeydə alınan hadisədə 5 əcnəbi vətəndaşın ailəsinin yaşadığı çadırda naməlum səbəbdən yanğın olub.
Hadisə yerinə tibb işçiləri və polis qrupları cəlb olunub.
Tüstüdən zəhərlənən Darin Dozan adlı şəxs həyatını itirib. Digər zərər çəkən 4 nəfər isə xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.

Bizim.Media