Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili azadlığa çıxandan sonra Ukrayna rəhbəri Volodimir Zelenskiyə dəstək olacağını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə eks-prezident özünün “Facebook” səhifəsində açıqlayıb.
Siyasətçi qeyd edib ki, Gürcüstanda olduğu müddətdə ölkəsinə kömək etmək istəyir:
“Əks təqdirdə, Kiyevə qayıdanda Zelenskiyə kömək etməyə tam can atacağam və Gürcüstana baxmağa belə vaxtım olmaya bilər”.
Qeyd edək ki, martın 2-də Tbilisi məhkəməsi Saakaşvilini səhhətinə görə azadlığa buraxmaqdan imtina edib.
Bizim.Media