“Mövcud vəziyyətə uyğun olaraq Hatayda 183 min mənzil, 15 min kənd evi tikməyi planlaşdırırıq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda sakinlər qarşısında çıxışı zamanı deyib.
Türkiyə lideri qeyd edib ki, zəlzələ bölgəsində indiyədək 426 min çadır qurulub, iki ayda isə 100 min konteynerin quraşdırılması nəzərdə tutulur.
Bizim.Media