“ABŞ Müdafiə Nazirliyi ilə F-16 müzakirələrində müsbət nöqtəyə çatdıq. Biz bilirik ki, bu, Ağ Ev tərəfindən dəstəklənir. Konqresin sağlam düşüncə ilə qərar verməsini gözləyirik”.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-dan F-16-ların alınması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
“Qoy hamı bilsin ki, biz bu məsələdə aciz deyilik”, - deyə nazir əlavə edib.
Bizim.Media