Ukrayna-Rusiya müharibəsi başlayandan Ukraynada 60 mindən çox infrastruktur obyekti Rusiyanın raket zərbələrinə məruz qalıb.
Bizim.Media Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.
O bildirib ki, Rusiyanın törətdiyi cinayət əməlləri ilə bağlı 66 mindən çox cinayət işi başlanılıb və onların əksəriyyəti, təxminən 80 faizi müharibə qanunlarının pozulması ilə bağlıdır.
Bizim.Media