Danimarka, Almaniya və Niderland Ukrayna hökumətinə ilk “Leopard” tanklarını mayın əvvəlində verəcək.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Danimarka müdafiə nazirinin vəzifəsini müvəqqəti icra edən Troels Lund Poulsen məlumat verib.
“2023-cü il ərzində 80-dən 90-a qədər tank tədarük edə biləcəyik. Onlar davamlı olaraq çatdırılacaq, çünki tanklar Ukrayna əsgərləri ilə təlim fəaliyyətlərinə daxil edilməlidir. Buna görə də onların böyük partiyalarla mayın əvvəlindən ilin sonuna qədər çatdırılacağını düşünürük”, - deyə o bildirib.
Bizim.Media