Bu il fevralın 6-da Türkiyənin 10 vilayətini əhatə edən dəhşətli zəlzələdə dünyasını dəyişənlərin 6 min 265 nəfəri xarici ölkə vətəndaşıdır.
Bizim.Media xəbər verir ki, bu barədə açıqlamanı ölkənin daxili işlər naziri Süleyman Soylu verib.
Daxili İşlər Naziri Soylu ölənlərin sayını açıqlayıb:
“47 min 932 nəfərin öldüyü qeydə alınıb. Onlardan 6 min 265 nəfəri xarici ölkə vətəndaşıdır”.
Nazir bildirib ki, indiyədək DNT və barmaq izləri vasitəsi ilə 1619 nəfərin şəxsiyyəti müəyyənləşdirilməyə çalışılır:
“Təbii fəlakətdə yaxınlarını tapa bilmədiyi üçün polis idarəmizə müraciətlərin ümumi sayı 264-dür”.
Nazir bildirib ki, zəlzələ bölgəsində indiyədək 209 konteyner şəhərinin yaradılmasına başlanılıb ki, bunlardan 42-nin infrastrukturu artıq tamamlanıb.
Aygün İbrahimli, Bizim.Media