Ümumdünya Piylənmə Federasiyasının hesabatına əsasən heç bir tədbir görülməsə, 2035-ci ilə qədər dünya əhalisinin yarıdan çoxu artıq çəkili olacaq.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Federasiya açıqladığı hesabatda dörd milyarddan çox insanın piylənmədən təsirlənəcəyini və bu nisbətin uşaqlar arasında daha sürətlə artacağını açıqlayıb.
Qlobal miqyasda piylənmə artımının ən çox gözlənildiyi 10 ölkədən 9-u Afrika və Asiyanın aşağı və ya aşağı-orta gəlirli ölkələridir.
Bunun səbəbləri arasında daha çox işlənmiş qidalarla qidalanmaq, oturaq həyat tərzi keçirmək və aşağı səviyyəli səhiyyə xidmətləri ön plana çıxarılır.
Dünya üzrə piylənmə nisbətinin artmasının qlobal iqtisadiyyata əhəmiyyətli təsir göstərəcəyi və qlobal Ümumi Daxili Məhsulun 3 faizinə bərabər olacağı proqnozlaşdırılır.
Hesabatda 2035-ci ilə qədər piylənmənin xərcinin ildə 4 trilyon dollardan çox olacağı təxmin edilir.
Aygün İbrahimli, Bizim.Media