Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin səfirləri Ankarada Zirvə Görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tviter hesabında yazıb.
Səfir qeyd edib ki, həmkarları ilə Özbəkistanın Türkiyədəki səfirliyində bir araya gəliblər.
Qeyd edək ki, Zirvə Görüşü martın 16-sı Ankarada keçiriləcək.
Bizim.Media
