SpaceX və Twitter-in sahibi İlon Maskın ABŞ-ın Texas ştatı yaxınlığındakı ərazidə özünə şəhər qurmağı planlaşdırdığı bildirilir.
Wall Street Journalda (WSJ) dərc edilən xəbərə görə, sözügedən şəhər Ostin əyalət şəhəri yaxınlığında yerləşən Bastrop qraflığında tikiləcək.
Tikintisi davam edən Boring və SpaceX obyektlərinin yanındakı ərazidə təməlinin atılması planlaşdırılan şəhərin Maskın şirkətlərində çalışanların bazardan aşağı kirayə haqqı ilə yeni evlərə köçməsinə şərait yaradacağı deyilir.
Texas ştatının qanunlarına görə bir ərazidə şəhər sayılması üçün ərizə verilməzdən əvvəl həmin rayonda ən azı 201 nəfərin yaşaması lazımdır. Bu prosesdən sonra rayon hakimindən razılıq alınır.
Bastrop qraflığından verilən açıqlamada isə qeyd edilib ki, Maskdan və ya onun sahibi olduğu hər hansı şirkətdən onlara hələ belə bir müraciət daxil olmayıb.
Bizim.Media