İranın Urmiya şəhərində güney azərbaycanlı incəsənət ustası və aktyor Rza Purcəfər İranın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.
Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, o, naməlum yerə aparılıb.
Bildirilib ki, Urmiya sakini olan R.Purcəfərin saxlanılma səbəbi və ona qarşı irəli sürülən ittihamlar barədə dəqiq məlumat yoxdur.
Həmçinin, saxlanıldığı vaxtdan bəri onun "instagram" hesabı da bağlanıb.

Bizim.Media