Martın 9-da Praqa qəsrində Çexiyanın yeni seçilmiş prezidenti Petr Pavelin andiçmə mərasimi keçirilib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o, artıq rəsmən ölkənin dördüncü prezidenti olub və səlahiyyətlərinin icrasına başlayıb.
Pavel prezident kimi ilk çıxışında tezliklə işinin ilk 100 günü üçün konkret hədəflər planı dərc edəcəyini açıqlayıb.
Miloş Zemanı əvəz edən yeni ölkə başçısı hökuməti insanlara və hadisələrə daha yaxın edəcəyinə, xalqla hökumət arasında şəffaf və müntəzəm ünsiyyəti bərpa edəcəyinə söz verib.
Bizim.Media