Slovakiya Polşa ilə birlikdə Ukraynanı “MiQ-29” qırıcı təyyarələri ilə təmin etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad məlumat verib.
Nazir qeyd edib ki, bununla bağlı polşalı həmkarı ilə Stokholmda görüşü olub.
O, tədarükün konkret vaxtını açıqlamasa da bu məsələdə vaxt itirməməyin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Slovakiya ötən ilin payızından “MiQ-29” qırıcılarının istifadəsini dayandırıb. Səbəb kimi bu tip təyyarələrin artıq köhnəlməsi göstərilib.
Bizim.Media