Rumıniya parlamenti Rusiya ilə münaqişə başa çatdıqdan sonra Ukraynanın bərpasında iştirak etməyə hazır olduqları barədə bəyannaməni təsdiqləyib.
Bizim.Media “Gazeta.ru”-ya istinadla xəbər verir ki, Rumıniya parlamenti Senat və Deputatlar Palatasının birgə iclasında Ukraynaya dəstək bəyannaməsini qəbul edib.
285 deputat qanun layihəsinin lehinə, beşi isə əleyhinə səs verib.
Bəyannamənin mətninə əsasən, parlament Rumıniyanın Ukraynanın münaqişədən sonra yenidən qurulması üçün gələcək səylərdə əhəmiyyətli iştirakının, habelə onun mülki əhalisinə dəstəyin artırılmasının zəruriliyini dəstəkləyir.
Bundan əlavə, Rumıniya parlamentinin üzvləri Ukraynanın Avropa İttifaqına daxil olması prosesinə dəstək verilməsinin vacibliyini qeyd ediblər.
Bizim.Media