“Rusiya qarşıdakı 10 il ərzində ABŞ üçün böyük problem olaraq qalacaq”.
Bizim.Media xəbər verir ki, bu proqnoz ABŞ kəşfiyyatının ölkəyə qarşı “qlobal təhdidlər”lə bağlı illik hesabatında yer alıb.
Sənəd ABŞ Senatının kəşfiyyat üzrə xüsusi komitəsində keçirilən dinləmələrlə bağlı açıqlanıb.
“Moskva qarşıdakı 10 il ərzində əsas sahələrdə ABŞ üçün nəhəng və daha az proqnozlaşdırıla bilən problem olaraq qalacaq, lakin buna baxmayaraq, bir sıra məhdudlaşdırıcı amillərlə üzləşəcək. Rusiya ABŞ və NATO ilə silahlı münaqişəyə can atmır və birbaşa hərbi münaqişə istəmir. Ancaq bunun baş verməsi riski də mövcuddur”.
Bizim.Media