Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bu gün görüşəcək.
Bizim.Media xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da baş tutacaq görüş Prezident Sarayında keçiriləcək.
Görüşdə zəlzələ zonasındakı son vəziyyət və seçkilərlə bağlı görüləcək işlərin müzakirə olunması gözlənilir.
Bizim.Media