İngiltərənin "Uotford" klubu baş məşqçisi Slaven Biliçlə yolları ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı mütəxəssis ötən ilin sentyabrından "Uotford"u çalışdırırdı.
Qeyd edək ki, "Uotford" hazırda Çempionşipdə 35 turdan sonra 51 xalla 9-cu pillədə qərarlaşıb.
Bizim.Media