İslamabad Ali Məhkəməsi Pakistanın sabiq Baş naziri İmran Xanın şəhər dairə məhkəməsi tərəfindən verilən həbs qərarını dayandırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Ali Məhkəmənin hökmü ilə İmran Xan 2023-cü il martın 13-də dairə məhkəməsinə gəlməlidir.
Qeyd edək ki, Pakistan polisi Xana qarşı terrorla mübarizə qanununu pozduğuna görə ittiham irəli sürüb.
Bizim.Media