İranda müəllimlər kütləvi etiraz aksiyalarına çağırış ediblər.
Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası martın 7-də kütləvi etirazlara çağırış edib.
"Biz, etirazçılar bioloji təzyiqlərə və vətəndaşların, xüsusən də şagirdlərin həyatına təhdidlərə son qoyulmasını tələb edirik",- deyə çağırışda bildirilib.
Bununla yanaşı, martın 8-i Beynəlxalq Qadınlar Günü ilə bağlı aksiyaların keçiriləcəyi ilə bağlı da müxtəlif qurumların bəyanatları yayılıb.

Bizim.Media