Azərbaycan XİN başçısının müavini Hindistana SƏFƏR EDİB 

Martın 3-5-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Raisina Dialoq Forumunda iştirak məqsədilə Hindistan Respublikasına işgüzar səfər edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. 

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədovun Raisina Dialoq Forumunda iştirak və çıxışı, Forumun əsas təşkilatçısı olan “Observer Research Foundation” beyin mərkəzinin vitse-prezidenti Qautam Çikermane ilə müsahibəsi, habelə Hindistan Respublikasının xarici işlər və mədəniyyət üzrə dövlət naziri Menakşi Lexi, Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Qərb üzrə Katibi (xarici işlər nazirinin müavini) Sancay Verma ilə ikitərəfli görüşləri baş tutub. 

Raisina Dialoq Forumunda çıxış edən nazir müavini Elnur Məmmədov 2016-cı ildən etibarən Nyu-Dehli şəhərində keçirilən, beynəlxalq ictimaiyyətin qarşısında duran geosiyasi və geoiqtisadi çağırışlarla mübarizə yollarının müzakirə olunduğu bu platformada Azərbaycanın ilk dəfə iştirak etdiyini məmnunluqla diqqətə çatdırıb.
Bu xüsusda, çoxtərəfli əməkdaşlığın beynəlxalq münasibətlər sisteminin transformasiyası dövründə qlobal çağırışlarla mübarizədə hər zamankından daha əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycanın beynəlxalq birliyin məsuliyyətli üzvü kimi hər zaman qlobal inkişaf gündəliyinə sadiq olduğu, beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsinə ardıcıl töhfələr verdiyi diqqətə çatdırılıb. 

Post-münaqişə dövründə regionda yaranmış yeni reallıqlar, bölgədə mövcud vəziyyət barədə forum iştirakçılarını ətraflı məlumatlandıran nazir müavini Elnur Məmmədov, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri apardığını diqqətə çatdırıb. Ermənistan tərəfindən maneələrə baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində qərarlı olduğu vurğulanıb. 

Səfər çərçivəsində, həmçinin nazir müavini Elnur Məmmədovun Hindistan Respublikasının xarici işlər və mədəniyyət üzrə dövlət naziri Menakşi Lexi və Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Qərb üzrə Katibi (xarici işlər nazirinin müavini) Sancay Verma ilə ikitərəfli görüşləri keçirilib. 
Görüşlərdə Azərbaycan və Hindistan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. 

Nazir müavini qarşı tərəfi post-münaqişə dövründə regional vəziyyət, Azərbaycanın sülh və quruculuq səyləri barədə məlumatlandırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Baş nazir postuna namizədlərlə görüşlər keçirdi - FOTO

Zelenski Baş nazir postuna namizədlərlə görüşlər keçirdi - FOTO

Putinin sentyabra qədər "imkan pəncərəsi" qalıb – Sonra stavkalar kəskin artacaq

Putinin sentyabra qədər "imkan pəncərəsi" qalıb – Sonra stavkalar kəskin artacaq

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər

5 komissiya, 55 il davam edən araşdırma... – Kirovun qətlinin AÇILMAYAN SİRRİ

5 komissiya, 55 il davam edən araşdırma... – Kirovun qətlinin AÇILMAYAN SİRRİ

Türkiyə hökuməti sosial şəbəkələrdə 4,3 min səhifəni blokladı

Türkiyə hökuməti sosial şəbəkələrdə 4,3 min səhifəni blokladı

ABŞ-da körpü Trampın adını daşıyacaq

ABŞ-da körpü Trampın adını daşıyacaq

Xaçmazda 64 yaşlı kişi hündürlükdən yıxılaraq VƏFAT ETDİ

Xaçmazda 64 yaşlı kişi hündürlükdən yıxılaraq VƏFAT ETDİ

"İsrail ən böyük dostunu itirdi"

"İsrail ən böyük dostunu itirdi"

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

Netanyahu Lindsi Qremin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a gedə bilər

Netanyahu Lindsi Qremin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a gedə bilər

Cənubi Koreya KXDR-dən kömək istədi

Cənubi Koreya KXDR-dən kömək istədi

Yayda ətir: "Ağır" qoxulardan necə qaçmalı?

Yayda ətir: "Ağır" qoxulardan necə qaçmalı?

İşğal altındakı Krımda şok qiymət: Bir litr benzin 450 rubla satılır - FOTO

İşğal altındakı Krımda şok qiymət: Bir litr benzin 450 rubla satılır - FOTO

İspaniyada festivalda 13 nəfər yaralandı - FOTO-VİDEO

İspaniyada festivalda 13 nəfər yaralandı - FOTO-VİDEO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Oman İrana NOTA VERDİ

Oman İrana NOTA VERDİ

SEPAH ABŞ raketini "ən yeni" hava hücumundan müdafiə sistemi ilə vurub? - İDDİA

SEPAH ABŞ raketini "ən yeni" hava hücumundan müdafiə sistemi ilə vurub? - İDDİA

Zibil poliqonundakı yanğın üç gündür davam edir - VİDEO

Zibil poliqonundakı yanğın üç gündür davam edir - VİDEO

ABŞ-İran dialoqunun pozulmasında günahkar kimdir?

ABŞ-İran dialoqunun pozulmasında günahkar kimdir?

İranın üç raketi İordaniya ərazisinə düşdü

İranın üç raketi İordaniya ərazisinə düşdü

Tovuzda fərdi ev yandı - XƏSARƏT ALAN VAR

Tovuzda fərdi ev yandı - XƏSARƏT ALAN VAR

İşdən çıxarılan baş nazir Ukraynanın ABŞ-dakı səfiri olacaq?

İşdən çıxarılan baş nazir Ukraynanın ABŞ-dakı səfiri olacaq?

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Zelenski baş naziri işdən çıxardacaq

Zelenski baş naziri işdən çıxardacaq

End of content

No more pages to load

RADİO