İsrailin Negev səhrasında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, nəticədə bir kişi və bir qadın olmaqla, iki nəfər həlak olub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə magistral yola eniş etmək istəyərkən qəzaya uğrayıb. Sözügedən magistral Qüdsdən şimala və cənuba aparır.
Təyyarə yerə çırpıldıqdan sonra alışıb, göyərtəsində olan kişi və qadın yerindəcə ölüb.
Məlumata görə, yanğın söndürülüb.
Bizim.Media