Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətində ciddi problemlər yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə “BİLD” nəşri məlumat yayıb.
Qeyd olunub ki, Kadırov son bir neçə ayda çox kökəlib, şişmiş görünür və çox vaxt gözlərini aça bilmir.
Ehtimal olunur ki, Kadırovun böyrəklərində ciddi problemlər var.
Kadırov Moskva həkimlərinə etibar etmədiyi üçün Birləşmiş Ərəb Əmirliklərindən Çeçenistana həkim gətirib. Əbu-Dabidəki Burjil xəstəxanasının böyrək şöbəsinin müdiri, doktor Yasin İbrahim M. Əl-Şahat Kadırovu müalicə etmək üçün Qroznıya uçub.
Bu səbəbdən Çeçenistan rəhbəri Rusiya Prezidenti Vladimir Putinin fevralın 21-də Moskvadakı çıxışında iştirak edə bilməyib.
Kadırovun bəzən enerjili və çevik görünməsi isə stimullaşdırıcı vasitələrdən istifadə etməsilə əlaqələndirilib.
Bizim.Media