ABŞ-ın Ukraynaya ayırdığı 400 milyon dollarlıq hərbi yardımın tərkibi məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sədri Entoni Blinken məlumat verib.
“Bu hərbi yardım paketinə Ukraynanın özünü müdafiə etmək üçün çox səmərəli istifadə etdiyi HIMARS və haubitsalar üçün daha çox döyüş sursatı, həmçinin “Bradley” piyada PDM-ləri, ponton körpülər və digər texniki vasitələr daxildir” – Blinken bildirib.
Bizim.Media