Rusiya Melitopol şəhərini Zaporojye vilayətinin mərkəzi elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya tərəfindən Zaporojye vilayətinin qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski fərman imzalayıb.
Fərmana əsasən Zaporojye vilayətinin inzibati-ərazi vahidləri yaradılıb:
“Zaporojye vilayətinin rayon əhəmiyyətli şəhərləri: Melitopol, Berdyansk, Enerqodar. Müəyyən edilsin ki, Melitopol Zaporojye vilayətinin inzibati mərkəzidir”, - deyə sənəddə qeyd edilib.
Bizim.Media