Rusiya Avropaya təbii qazın nəqlini həyata keçirən “Şimal axını” boru kəmərlərinin zədələnmiş xətlərini təmir etmək niyyətində deyil.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.
Nəşr yazır ki, Rusiya həmin xətləri məhv etmək niyyətindədir.
Rusiya hakimiyyətinin planları ilə tanış olan mənbələrə görə, Moskva Qərb ölkələri ilə münasibətlərin yaxşılaşdırılması üçün heç bir perspektiv görmədiyi üçün bu addımı atacaq:
“Rəsmi Moskva yaxın gələcəkdə Şimal boru kəmərlərinə ehtiyac olacağını düşünmür”.
Qeyd edək ki, 2022-ci il sentyabr ayının sonunda “Şimal axını” və “Şimal axını 2” xətlərində partlayışlar baş verib.
Bizim.Media