“Müharibənin ən dəhşətli anı, yəqin ki, Buçadır”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin ölkəyə hücumunun ildönümü ilə bağlı mətbuat konfransında bildirib.
Zelenski kövrələrək qeyd edib ki, Buça şəhəri işğaldan azad edildiyi zaman gördükləri çox qorxulu olub: “Əmin olduq ki, şeytan haradasa göy üzündə deyil, yer üzündədir”.
Bizim.Media