Kürdəmir rayonunda yanacaqdoldurma məntəqəsinin yaxınlığında bu gün səhər saatlarında baş verən yanğın söndürülüb.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğına operativ müdaxilə olunub və alovun genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
"Yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb", - deyə məlumatda qeyd olunub.
Bizim.Media