Daşkənddə Özbəkistan və Azərbaycan arasında 11 sənəd İMZALANDI 

Bu gün Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində iki ölkə arasında 11 sənəd imzalanıb. 

Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib. 

İmzalanan sənədlər arasında Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun yaradılması haqqında hökumətlərarası Saziş, Xivə və Şuşa, Səmərqənd və Gəncə, Buxara və Lənkəran, Kokand və Şəki şəhərləri arasında qardaşlaşma haqqında sənədlər mövcuddur. 

Həmçinin, 2023-2025-ci illər üzrə Daşkənd Şəhər İcra Hakimiyyəti ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında iqtisadi-ticarət, elmi-texniki və mədəni-humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi haqqında Yol Xəritəsi, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Özbəkistanın Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərabçılığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Bundan başqa, forum çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Özbəkistanın İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi yanında Sahibkarlığın İnkişafı Agentliyi arasında Əməkdaşlıq Memorandumu, “AzerGold” QSC və Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma və Razılaşma Memorandumuna da imza atılıb. 
Bildirilib ki, "Mega Invest Industrial" MMC şirkəti ilə "NABUCCO A&C" şirkəti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum, “Cahan Sənaye Kompleksi” MMC ilə "Azimut Plus" MMC arasında əməkdaşlıq üzrə Saziş də imzalanıb. 

Qeyd edək ki, bu gün Daşkənddə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Volodin Dövlət Dumasında çıxışını üç sözlə bitirdi: "Rusiya, Putin, qələbə" - VİDEO

Volodin Dövlət Dumasında çıxışını üç sözlə bitirdi: "Rusiya, Putin, qələbə" - VİDEO

İsmayıl Bəqai Zelenskini anarxistlərlə müqayisə etdi – VİDEO

İsmayıl Bəqai Zelenskini anarxistlərlə müqayisə etdi – VİDEO

Türkmənistan XİN: Xəzər dənizi sülh və mehriban qonşuluq məkanıdır

Türkmənistan XİN: Xəzər dənizi sülh və mehriban qonşuluq məkanıdır

Məcburi köçkünlərə ŞAD XƏBƏR - Artıq mənzillər çıxarışla veriləcək

Məcburi köçkünlərə ŞAD XƏBƏR - Artıq mənzillər çıxarışla veriləcək

Gürcüstanda azərbaycanlı gənc başından güllələndi

Gürcüstanda azərbaycanlı gənc başından güllələndi

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 3 metrə yaxınlaşıb

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 3 metrə yaxınlaşıb

Yanukoviç Rusiyada başqa soyadla yaşayır – Oğlu, nəvəsi və ailəsinin gizli həyatı üzə çıxdı – FOTO

Yanukoviç Rusiyada başqa soyadla yaşayır – Oğlu, nəvəsi və ailəsinin gizli həyatı üzə çıxdı – FOTO

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Xaçmaz rayonunda 3 gündür ki, işıq yoxdur

Xaçmaz rayonunda 3 gündür ki, işıq yoxdur

Çimərliyə gedənlərə ÇAĞIRIŞ: Dənizdə dalğa artacaq

Çimərliyə gedənlərə ÇAĞIRIŞ: Dənizdə dalğa artacaq

Mahsun Kırmızıgül, Gülben Ergen və Elçin Sangu da istintaqa çağırıldı

Mahsun Kırmızıgül, Gülben Ergen və Elçin Sangu da istintaqa çağırıldı

Polşada ukraynalı qadını və sevgilisini amansızcasına döydülər – FOTO/VİDEO

Polşada ukraynalı qadını və sevgilisini amansızcasına döydülər – FOTO/VİDEO

Cənubi Koreyanın sabiq prezidenti daha bir iş üzrə həbs cəzası aldı

Cənubi Koreyanın sabiq prezidenti daha bir iş üzrə həbs cəzası aldı

Sabahın HAVASI: Külək, 41 dərəcə isti...

Sabahın HAVASI: Külək, 41 dərəcə isti...

İctimai birliyin layihəsi başa çatdı

İctimai birliyin layihəsi başa çatdı

Binəqədidə obyektdə YANĞIN – YENİLƏNİB

Binəqədidə obyektdə YANĞIN – YENİLƏNİB

Bakıda sınan ağaclar yollardan götürüldü– FOTO

Bakıda sınan ağaclar yollardan götürüldü– FOTO

"Özümü tənha hiss edirəm" - Coni sevgisizlikdən şikayətləndi - VİDEO

"Özümü tənha hiss edirəm" - Coni sevgisizlikdən şikayətləndi - VİDEO

Güclü külək nəticəsində ağac AŞDI - Xəsarət alan var

Güclü külək nəticəsində ağac AŞDI - Xəsarət alan var

Ukrayna PUA-ları Udmurtiyada neft bazasına hücum etdi – VİDEO

Ukrayna PUA-ları Udmurtiyada neft bazasına hücum etdi – VİDEO

Buzovna-Zuğulba yolunda ağır qəza: XƏSARƏT ALAN VAR - VİDEO

Buzovna-Zuğulba yolunda ağır qəza: XƏSARƏT ALAN VAR - VİDEO

Kürdəmirdəki yanğın söndürüldü

Kürdəmirdəki yanğın söndürüldü

İranın Kiyevə hədəsi - Tehran həqiqətən cavab verə bilərmi?

İranın Kiyevə hədəsi - Tehran həqiqətən cavab verə bilərmi?

Bakıda güclü küləyə görə 2 nəfər xəstəxanalıq oldu

Bakıda güclü küləyə görə 2 nəfər xəstəxanalıq oldu

End of content

No more pages to load

RADİO