"Əgər Rusiya NATO ölkələrindən birinə hücum etsə, bu, bütün alyansa hücuma bərabər olacaq”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO rəhbəri Yens Stoltenberq deyib.
O həmçinin Vladimir Putinin sülh istəyinə dair heç bir əlamət olmadığını qeyd edib.
“Onun qoşunlarının genişmiqyaslı işğalı artıq ikinci ildir ki, davam edir. Rusiya prezidenti yeni müharibə planlaşdırır. Ukrayna ordusunun Qərb tərəfdaşlarının köməyinə daha çox ehtiyacı var”, - Stoltenberq bildirib.
Bizim.Media