Belarusda ağır yol qəzası baş verib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belarusun Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, yük maşını ilə marşrut taksisinin toqquşması nəticəsində biri uşaq olmaqla 11 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.
Bildirilib ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Bizim.Media