Rusiya-Ukrayna/Qərb cəbhəsinə QLOBAL BAXIŞ

Kəskinləşmə xətti üzrə inkişaf edən Rusiya-Ukrayna/Qərb qarşıdurması danışıqlara bir yer saxlamır. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin təhlilində yer alıb.

“Bununla belə tərəflərin mövqe, maraq, resurs və gözləntiləri bir-birindən fərqlənir.

Rusiya 

Neftə tədbiq edilən qiymət həddi Rusiyanın gündə $160 mln., neft məhsullarına tədbiq edilən qiymət həddi isə əlavə $280 mln. vəsait itirməsinə gətirir. Sanksiyalar + qiymət həddi Rusiyanın Çin, Hindistan və digər ölkələrə təqdim etdiyi diskonta da təsir göstərir. Aprel-noyabr aylarında diskontun həcmi 25%, dekabr ayında isə 37%-ə çatmışdır. Nəticə etibarı ilə 2022-ci ildə Rusiyanın neft-qaz gəlirləri 46%, qeyri-neft gəlirləri isə 28% azalmışdır. Gəlirlərin azalması ilə paralel Rusiyanın büdcə xərcləri 59% (₽3,1 trln.) artmışdır. Bütün bunlar Rusiyada ₽1,76 trln. ($25 mlrd.) həcmində büdcəsi kəsirinin yaranmasına səbəb oldu. Belə hal 1998-ci ildən bəri yaşanmamışdır. Büdcə kəsirini bağlamaq üçün maliyyə nazirliyi xarici valyutada olan vəsaitləri + 3 tondan artıq qızıl satsa da, əldə edilən vəsait lazım olan vəsaitdən dəfələrlə az oldu.

Ekspertlərin fikrincə, yaranan büdcə kəsirini bağlamaq üçün Rusiyanın yeganə çıxış yolu pul emissiyasını həyata keçirtməkdir.

Belorusiya

Görünən odur ki, yaxın vaxtlarda Minsk müharibədə daha aktiv rol oynaya bilər. Moskvanın təkidinə tab gətirə bilməyən Minsk, ərazisini Ukraynaya hücum üçün plasdarm kimi verə və ya özü müharibə tərəfi ola bilər. Amma Minsk həm də anlayır ki, Kiyevin hazırkı hərbi potensialı ona Belorusiya ərazisinə zərbələr endirməyə imkan yaradır.

ABŞ

Atlantic Council mərkəzinə görə qiymət həddinin müəyyən edilməsi Rusiya ÜDM-nin 4,5% azalmasına gətirəcəkdir. Venesuella neftinin ixrac edilməsi ilə bağlı əldə edilən razılaşma enerji bazarlarını sabitləşdirib, ABŞ-ın mövqelərini gücləndirəcəkdir. Rusiyada yaranan  büdcə kəsiri isə hökümətə pensiyaların inflyasiya indeksasiyasını həyata keçirtməyə imkan verməyib, əhalinin rifahına mənfi təsir göstərəcək. CSİS mərkəzi bundan da irəli gedib, qiymət həddinin yaxın vaxtlarda Rusiyaya daha ağır zərbə endirəcəyini bildirir. Sanksiyalar səbəbindən daha uzaq bazarlara üz tutmağa məcbur olan Rusiya, beləliklə yükdaşıma və sığorta xərclərində (bir barel görə $30) böyük itkilər göstərəcəkdir.

Beləliklə, Rusiyanın artan uğurszuluqları ABŞ-ı Ukraynanı daha aktiv dəstəkləməyə stimullaşdırır. E.Blinken və V.Nuland səviyyəsində Dövlət departamenti Krımda yerləşən hərbi obyektləri legitim hədəf adlandırır, Krımın qaytarılması uğrunda Ukraynanı dəstəkləyəcəyini bildirir və Ukraynaya müharibədən sonra da hərbi yardım göstərəcəyini bəyan edir. 



10-cu sanksiya paketində Brüssel vurğunu əvvəlki paketlərdə mövcud boşluqların bağlanılmasına etmişdir. Məlumata görə sanksiya paketinə raketlərin hazırlanmasında istifadə oluna bilən 47 növ elektron komponent, Alfa-Bank, Rosbank, Tinkof və Milli Rifah Fondunun SWIFT-dən çıxarılması və nadir torpaq elementlərinin ixracına embarqo daxil ola bilər.

Çin

Qərb dünya iqtisadiyyatının 60%-ni təcəssüm etdirdiyi halda Çin dünya iqtisadiyyatının təxminən 20%-ni, Hindistan isə 3,5%-ni təşkil edir. Yəni Çin Rusiyanın istəyinə rəğmən Moskva üçün Qərbi əvəz edə bilmir. Bundan savayı Çin üçün Qərblə yaxşı münasibətlər prioritetdir. Çin Rusiyadan gələn enerji resurslarını başqa mənbələr hesabına əvəzləyə bilər, lakin Qərbdən gələn kapital və texnologiyanı Rusiya ilə əvəzləyə bilməz. Bu səbəbdən Çin Moksvanın geosiyasi ambisiyaları naminə Qərblə münasibətlərini korlamayacaq. Lakin Çin Rusiyanın lazım olandan artıq zəifləməsində də maraqlı deyil. ABŞ generalı M.Minixan yaxın 2 ildə, Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin rəhbəri M.Makkol 2025-ci ildə, CSİS mərkəzi isə 2026-cı ildə Çin-ABŞ müharibəsinin baş verə biləcəyini proqnoz edirlər. Ehtimal olunan müharibə Pekinə Moskvadan təmamilə üz döndərməyə imkan vermir.

Nəticə

Görünən odur ki, danışıqların iflası və artan qüvvə disbalansı tərəfləri resursları səfərbər edib, yaz aylarında müharibə meydanında yeni geosiyasi reallıq formalaşdırmağa cəhd etməyə məcbur edəcəkdir”, deyə mənbə qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda tələbə vəfat etdi – FOTO

Azərbaycanda tələbə vəfat etdi – FOTO

IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindən YADDA QALANLAR – VİDEO

IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindən YADDA QALANLAR – VİDEO

Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”

Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”

Elektron reseptlə bağlı yeni TƏKLİF

Elektron reseptlə bağlı yeni TƏKLİF

Tikilməmiş mənzillərin təkrar satışına son qoyulur

Tikilməmiş mənzillərin təkrar satışına son qoyulur

Binəqədidə civə satmaq istəyənlər saxlanıldı – VİDEO

Binəqədidə civə satmaq istəyənlər saxlanıldı – VİDEO

Sabah deputatlar tətilə çıxacaq

Sabah deputatlar tətilə çıxacaq

Həvəskar balıqçılığa yeni qaydalar gəlir

Həvəskar balıqçılığa yeni qaydalar gəlir

Ölkədən qaçan keçmiş deputata 15 il HƏBS CƏZASI

Ölkədən qaçan keçmiş deputata 15 il HƏBS CƏZASI

İlham Əliyev: “Pakistan yeganə ölkədir ki, bu məsuliyyəti öz üzərinə götürdü” – VİDEO

İlham Əliyev: “Pakistan yeganə ölkədir ki, bu məsuliyyəti öz üzərinə götürdü” – VİDEO

İşğal altındakı Krımda strateji obyektlər VURULDU - SİYAHI

İşğal altındakı Krımda strateji obyektlər VURULDU - SİYAHI

İlham Əliyevdən gənclərə tarixi mesaj – VİDEO

İlham Əliyevdən gənclərə tarixi mesaj – VİDEO

Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq

Cənubi Koreyanın keçmiş prezidentinə daha bir HÖKM OXUNDU

Cənubi Koreyanın keçmiş prezidentinə daha bir HÖKM OXUNDU

Polşa Ukraynaya "Patriot" sistemləri üçün RAKETLƏR GÖNDƏRDİ

Polşa Ukraynaya "Patriot" sistemləri üçün RAKETLƏR GÖNDƏRDİ

Xulian Alvares: "Messinin yenidən dünya çempionu olması üçün əlimizdən gələni edəcəyik"

Xulian Alvares: "Messinin yenidən dünya çempionu olması üçün əlimizdən gələni edəcəyik"

Prezident Şuşada Qlobal Media Forumu keçirilən məkandan belə ayrıldı - VİDEO

Prezident Şuşada Qlobal Media Forumu keçirilən məkandan belə ayrıldı - VİDEO

Prezident: Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir

Prezident: Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir

Prezidentdən MÜRACİƏT - "Ancaq özümüzə və dövlətə güvənməliyik" - VİDEO

Prezidentdən MÜRACİƏT - "Ancaq özümüzə və dövlətə güvənməliyik" - VİDEO

Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs olundu

Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs olundu

Azərbaycan Prezidenti: “Əgər nəyəsə yardım etmək imkanımız varsa, bunu mütləq edirik”

Azərbaycan Prezidenti: “Əgər nəyəsə yardım etmək imkanımız varsa, bunu mütləq edirik”

Prezidentdən rusiyalı qonağa: “Aleksey, sən də çox ehtiyatlı ol” – VİDEO

Prezidentdən rusiyalı qonağa: “Aleksey, sən də çox ehtiyatlı ol” – VİDEO

İlham Əliyev: “Biz geosiyasi intriqaların qurbanı olmadıq” - VİDEO

İlham Əliyev: “Biz geosiyasi intriqaların qurbanı olmadıq” - VİDEO

Dələduzluğa qarşı kraudfandinq qaydaları sərtləşdirilir

Dələduzluğa qarşı kraudfandinq qaydaları sərtləşdirilir

End of content

No more pages to load

RADİO