Münxen Təhlükəsizlik Konfransında iştirak edən ABŞ-nin vitse-prezidenti Kamala Harris əsas təyyarədəki nasazlıq səbəbindən “Boeing C-17 Globemaster” hərbi-nəqliyyat təyyarəsi ilə ABŞ-yə qayıdacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg”in jurnalisti Cennifer Ceykobs iddia edib.
Jurnalist bildirib ki, vitse-prezidentin mavi-ağ rəngli təyyarəsi xarab olub, odur ki, Kamala Harris Almaniyadan ABŞ-yə C-17 dəstək təyyarəsi ilə qayıdacaq.
Bizim.Media