Avropa İnvestisiya Bankı xüsusilə “Yaşıl enerji” konsepsiyasını yaxından dəstəkləyir.
Bizim.Media xəbər verir ki, bunu Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer Prezident İlham Əliyev ilə Münhendə görüşü zamanı bildirib.
Hoyer Prezident İlham Əliyev tərəfindən qeyd olunan strateji xəttin rəhbərlik etdiyi maliyyə qurumunun maliyyələşdirmə strategiyası, həmçinin Avropa İttifaqının da qəbul etdiyi “EU Global Gateway” strategiyasında nəzərdə tutulmuş hədəflər ilə tam uyğunluq təşkil etdiyini bildirib.
Həmçinin o, Avropa İnvestisiya Bankının bu sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Bizim.Media