Avropa İttifaqı gələn həftə Ermənistana 100 nəfərlik missiya göndərəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tvitter hesabında qeyd edib.
Xatırladaq ki, 23 yanvar 2023-cü il tarixində Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinə növbəti missiyanın göndərilməsi barədə razılıq verib.
Missiyanın ilkin mandatı iki illik nəzərdə tutulacaq, operativ qərargahı isə Ermənistanda yerləşəcək. Mülki əməliyyatlara Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Planlama və Davranış (CPCC) üzrə idarəedici direktoru Stefano Tomat rəhbərlik edəcək. Yaxın gələcəkdə yerli səviyyədə əməliyyatlara nəzarət etmək üçün missiya rəhbəri təyin ediləcək.
Bizim.Media