Fevralın 18-i səhər saatlarından etibarən Rusiya Silahlı Qüvvələri Kupyansk, Limansk, Baxmut, Avdeyevsk və Miner istiqamətlərində hücuma keçiblər.
Bizim.Media “UNİAN”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Ukrayna ordusu Rusiya qüvvələrinin Donetsk, Luqansk və Xarkov vilayətlərinin 20 yaşayış məntəqəsinə hücumlarını dəf edib. Eyni zamanda, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya tərəfinin 6 pilotsuz təyyarəsini də məhv edib.
Bizim.Media