Zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı 102 ölkə Türkiyəyə yardım təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında məlumat verib.
Türkiyəli nazir 88 ölkənin yardım göndərdiyini, o cümlədən 23 ölkənin xilasedicilərinin öz missiyalarını başa vurub, geri döndüklərini bildirib.
Çavuşoğlunun sözlərinə görə, hazırd 65 ölkədən olan xilasedicilər Türkiyədə fəaliyyətlərini davam etdirirlər.
Bizim.Media