"Ukrayna Krımın demilitarizasiyası olmadan heç vaxt təhlükəsiz olmayacaq".
Bizim.Media "TASS" a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib.
Onun sözlərinə görə, Vaşinqton Kiyevin Krımdakı hərbi obyektlərə zərbələr endirməsini dəstəkləyir.
Əlavə olaraq bildirilib ki, Krımda Rusiyanın mühüm logistik məntəqələrə çevirdiyi nəhəng hərbi obyektlər var.
"Bunlar qanuni hədəflərdir, Ukrayna onları vurur və biz bunu dəstəkləyirik", - deyə ABŞ rəsmisi qeyd edib.
Bizim.Media