Ukraynanın Odessa şəhərində bir neçə partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə yerli “Dumskaya” internet nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, şəhərin cənubunda partlayış səsləri eşidilib.
Qeyd edilib ki, bu gün bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilib, bir müddət sonra isə ləğv olunub.
Partlayışla bağlı hələlik heç bir rəsmi məlumat verilməyib.
Bizim.Media