Türkiyənin Adıyaman vilayətində Azərbaycan Koordinasiya Mərkəzi qurulub

Türkiyədə baş verən zəlzələdə ən çox dağıntıya məruz qalan bölgələrdən biri olan Adıyaman şəhərində Azərbaycanın Koordinasiya Mərkəzi qurulub. 

Bizim.Media xəbər verir ki, bu barədə “Report”un Adıyamana ezam olunmuş əməkdaşına açıqlamasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat bildirib. 

TÜİB rəhbəri deyib ki, Azərbaycanda olan iş adamlarının, qeyri-hökumət təşkilatlarının dəstəyi və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının nəzarəti ilə Türkiyəyə göndərilən yardımlar Adıyamanda bu mərkəzdən idarə olunacaq: 

“Qardaş köməyi” və “Türkiyə 100 ili” adlı platformalarda iştirak edən iş adamlarının dəstəyi ilə biz Azərbaycandan Adıyamana gələn TIR-ları bu mərkəzdən yönləndirilməyi təklif etdik”. 

Təklifin Adıyaman valisi Mahmut Çuhadar tərəfindən dəstəkləndiyini bildirən Hüseyn Böyükfırat qeyd edib ki, Koordinasiya Mərkəzi Adıyaman Gənclik Mərkəzinin həyətyanı sahəsində qurulub.

Eləcə də təklif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Adıyamandakı təbii fəlakət problemlərinə nəzarətə təhkim etdiyi Türkiyənin ticarət naziri Mehmet Muş və nəqliyyat infrastruktur naziri Adil Karaismailoğlu tərəfindən də təqdir olunub. 
TÜİB rəhbəri vurğulayıb ki, Türkiyəyə gələn yardımların düzgün şəkildə idarə olunması və tələbat olan yerlərə vaxtında çatdırılması məsələsində Azərbaycan Koordinasiya Mərkəzi ən yaxşı nümunə ola bilər və bu nümunəni ölkədə digər zəlzələ bölgələrinə də tətbiq etmək mümkündür: 

“Bundan öncə də 1999-cu ildə Türkiyədə mərkəzi Düzcə olan zəlzələdə mən bir iş adamı olaraq dəstək verdiyim üçün, zəlzələ vaxtı ən önəmli məsələnin koordinasiya olduğunu bilirəm. Türkiyənin budəfəki ağır günlərində də bu problemi müşahidə etdim. Zəlzələ baş verdiyi ilk gündən Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə dövlət tərəfindən, həm də xalqın istəyi ilə edilən qardaş dəstəyi Türkiyə dövləti və xalqı tərəfindən çox səmimiyyətlə qarşılandı.

Bu, bizim birliyimizi daha da möhkəmləndirdi. Lakin həm ölkə daxilində, həm də Azərbaycandan, eləcə də dünyanın hər tərəfindən zərərçəkənlərə verilən bu dəstəyin koordinasiyalı şəkildə idarə olunması çox vacibdir. Odur ki, biz Azərbaycanın belə bir koordinasiya mərkəzini qurmaqla gələn yardımların düzgün, vaxtında yönləndirilməsi baxımından ən yaxşı nümunə yarada bilərik”. 

Hazırda zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə fəlakət bölgələrində olan könüllülərin də koordinasiya olunmasında problemlərin yaşandığını deyən TÜİB rəhbəri onu da əlavə edib ki, koordinasiya mərkəzində qurulan müvəqqəti çadırlarda könüllülərin də gecələməsi üçün şərait yaradılacaq. 
Qeyd edək ki, Adıyaman valiliyi xüsusilə Azərbaycandan təbii fəlakət zonasına gətirilən konteynerlərin quraşdırılması üçün sahə ayırıb. 

Hüseyn Büyükfırat “Report”un əməkdaşına söyləyib ki, ayrılan sahədə min konteynerin quraşdırılması mümkündür: 

“Hazırda Azərbaycandan gələn 200 konteyneri ərazidə quraşdırmağı planlaşdırırq. Bir neçə konteyner artıq quraşdırılıb və Azərbaycandan olan iş adamları ilə bu barədə danışıqlar aparırıq. Azərbaycanın həm Koordinasiya Mərkəzi, həm də ayrılan sahədə konteynerləri fəaliyyət göstərəcək. Mənim Adıyamanda 60, Şanlıurfada 3 qohumum zəlzələ nəticəsində həyatını itirib. İnsanlar sarsıntı içərisindədir. Qurulan çadırlarda müvəqqəti sığınacaq alsalar da, digər vacib ehtiyaclarını qarşılamaq üçün sosial təsisatın ən qısa zamanda qurulması çox vacibdir. Odur ki, biz Koordinasiya Mərkəzində bu məsələlərin qısa zamanda təşkilinə nəzarət etməyi nəzərdə tutmuşuq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Colinin gözünə nə olub? - FOTO

Colinin gözünə nə olub? - FOTO

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Hacı Əliyev 35 illiyini QEYD ETDİ - VİDEO

Hacı Əliyev 35 illiyini QEYD ETDİ - VİDEO

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Bakının İKİ RAYONUNDA qaz olmayacaq

Bakının İKİ RAYONUNDA qaz olmayacaq

Bu malların gömrükdən keçirilməsinə İCAZƏ verilməyəcək

Bu malların gömrükdən keçirilməsinə İCAZƏ verilməyəcək

Qızının çıxışı Dilarə Əliyevanı KÖVRƏLTDİ: “Məni atamın qəbrində basdırsınlar” - VİDEO

Qızının çıxışı Dilarə Əliyevanı KÖVRƏLTDİ: “Məni atamın qəbrində basdırsınlar” - VİDEO

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Kadırovun qardaşı oğlunun Serbiya vətəndaşlığı ləğv edildi

Kadırovun qardaşı oğlunun Serbiya vətəndaşlığı ləğv edildi

"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab

"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV

İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV

End of content

No more pages to load

RADİO