NATO-nun 17 ölkəsinin və İsveçin nümayəndələri Brüsseldə ümumi peyk kəşfiyyatı şəbəkəsi yaratmaq niyyəti haqqında saziş imzalayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd edilir ki, sənədi Böyük Britaniya və hələ alyansa qoşulmayan İsveçdən başqa, Belçika, Bolqarıstan, Macarıstan, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Türkiyə və Fransa tərəfi də imzalayıb.
Sənəddə beynəlxalq əməkdaşlıq və milli kosmik imkanlardan birgə iştirak yolu ilə kosmosdan müşahidə imkanlarını təkmilləşdirəcək çərçivə hazırlamaq istəyi bəyan edilir.
Bizim.Media