Moskva-Vaşinqton savaşı PSİXOLOJİ MÜSTƏVİDƏ – Rusiyada daxili qarşıdurma ehtimalı nə qədərdir?

Ötən ilin fevralında Rusiyanın Ukraynaya hücumu ilə başlanan müharibə faktiki olaraq dünyanı iki qütbə böldü. Ukraynanın mövqeyini dəstəkləyən Qərb də Rusiyaya qarşı müxtəlif fazalarda savaşa start verib. Xüsusilə də, tərəflər arasında psixoloji savaşın elementləri daha çox hiss olunur.

Bunu daha çox tərəflərin açıqlamalarında, bir-birlərinin ünvanına yönəltdikləri bəyanatlarda görmək mümkündür. Məsələn, Rusiya rəsmilərinin nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı açıqlamaları. Kremlin bu məsələ ilə bağlı bütün bəyanatları nəinki Qərbdə, bütün dünyada “soyuq duş” effekti yaratmağı bacarır.
Əksər ekspertlərin qənaətinə görə, Rusiya məhz psixoloji təzyiq vasitəsi kimi nüvə silahı kartını tez-tez yada salır. Bununla qorxu yaratmaq, Qərbi Ukraynaya aktiv dəstəkdən çəkindirmək isə Kremlin başlıca məqsədidir.

Psixoloji mübarizədə yeni dönəm

Son günlərdə Qərb və Rusiya cəbhəsində informasiya və psixoloji savaşın örnəklərinə daha çox yer verilməyə başlayıb.

Məsələn, fevralın 13-14-də ABŞ və Fransadan öz vətəndaşlarını Rusiyanı təcili tərk etməyə çağıran bəyanatlar gəldi. Bəyanatlarda Rusiyada təqib və mümkün çaxnaşma təhlükəsi əsas səbəb kimi göstərilirdi. 

Buna paralel olaraq, Rusiya tərəfindən də həmin mövzuda bəyanatlar gəlməyə başladı. Belə ki, Vladimir Putin Volqoqradda çıxışı zamanı Qərbin Rusiyada qarşıqlıq yaratmaq cəhdlərindən söz açdı. Fevralın 13-də isə Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-ı terrorçularla əməkdaşlıqda ittiham edən açıqlama yaydı. Həmin açıqlamada ABŞ-ın Şimali Qafqazda onlarla şəxsi terror fəaliyyətinə cəlb etməyi planlaşdırdığı vurğulanırdı.

Göründüyü kimi, Rusiya daxilində çaxnaşma yaranması ehtimalı üzərindən tərəflər bir-birilərinə təzyiq göstərməyə çalışırlar. Yəni, Qərb Rusiyada daxili gərginliyin yaranacağını deyir. Rusiya isə bunun baş verəcəyi təqdirdə, indidən müqəssirin ABŞ olduğunu göstərir və xarici düşmən ideyasını ortaya atmaqla daxili auditoriyadakı narazılıqları sakitləşdirməyə çalışır.

Od olmayan yerdən tüstü çıxmaz...

Bu məsəli xatırlatmağımız heç də əbəs yerə deyil. Ona görə ki, hələ Rusiyanın Ukraynaya hücumundan əvvəl də şimal qonşumuzun daxilində gərginliyin olacağı ehtimalları önə sürülürdü. Çünki çoxmillətli, federativ respublika olan Rusiya 1990-cu illərdə, eləcə də 2000-ci illərin əvvəllərində daxili böhranı ən ağır formada yaşayıb. Bunlardan bəziləri savaşa çevrilsə də (Çeçenistan), bəzilərinin sakit yolla həllinə nail olunub (Tatarıstan). 

Savaşın başlamasından sonra isə bu məsələ daha çox qabarmağa başladı və Qərb mətbuatı, rəsmiləri bacardığı qədər odun üzərinə benzin tökməyə çalışdı.

Bəli, Rusiyadaxili böhran alovu onsuz da var. Əks təqdirdə bu cür spekuliyasiyalara da yer olmazdı.  Xüsusən də, Rusiya əhalisinin heç də az hesab oluna bilməyəcək hissəsinin müharibəyə qarşı olması, sosial problemlər, bir çox etnik azlıqların daxilində hələ də varlığını qoruyan müstəqillik ideyaları, eləcə də Kreml iqtidarına qarşı xaricdə təşkilatlanmış müxalif qüvvələr mövcuddur. Bu cür faktorları, eləcə də Qərbin informativ-psixoloji təsirlərini nəzərə alsaq, həqiqətən də, daxili böhran ssenarisinin reallaşması ehtimalları var. 

Bir sözlə, Rusiyada bəlli problem var və onun üzərindən psixoloji savaş davam edir. Nəticənin necə olacağını isə zaman göstərəcək.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidəki Zəfər parkında -FOTO

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidəki Zəfər parkında -FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ

Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ

Əli Əsədov rusiyalı nazirlə görüşdü: Nələr müzakirə edildi?

Əli Əsədov rusiyalı nazirlə görüşdü: Nələr müzakirə edildi?

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə GÖRÜŞDÜ

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə GÖRÜŞDÜ

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Pulu maqnit kimi çəkən 5 bürc

Pulu maqnit kimi çəkən 5 bürc

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Avropa İttifaqında RƏQƏMSAL İNQİLAB – Uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

Avropa İttifaqında RƏQƏMSAL İNQİLAB – Uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini ÖTDÜ – FOTO

ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini ÖTDÜ – FOTO

Alkoqolu dayandırdıqdan sonra bədən belə dəyişir

Alkoqolu dayandırdıqdan sonra bədən belə dəyişir

Bu ilin 6 ayında ölkədə 5 tondan çox narkotik AŞKARLANIB

Bu ilin 6 ayında ölkədə 5 tondan çox narkotik AŞKARLANIB

Səudiyyə Ərəbistanı Yəməndə hava limanına zərbə endirdi – VİDEO

Səudiyyə Ərəbistanı Yəməndə hava limanına zərbə endirdi – VİDEO

İki gün geomaqnit qasırğası OLACAQ

İki gün geomaqnit qasırğası OLACAQ

Azərbaycanda dövlət qurumu ləğv edildi

Azərbaycanda dövlət qurumu ləğv edildi

Balıqçılıqla məşğul olanların NƏZƏRİNƏ – Nəzarət mexanizmi ilə bağlı YENİLİK

Balıqçılıqla məşğul olanların NƏZƏRİNƏ – Nəzarət mexanizmi ilə bağlı YENİLİK

Rafael Ağayevə ağır itki

Rafael Ağayevə ağır itki

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI

End of content

No more pages to load

RADİO