Türkiyədə xilasetmə əməliyyatlar nəticəsində 152 saatdan sonra dağıntılar altından qadın və 7 yaşlı uşaq sağ çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumatda bildirilib.
Məlumata görə, Adıyamanda dağıntılar altında qalan 8 yaşlı Hacı Ahmet Eyici, Elitaş Mahallesi deyilən ərazidə isə 22 yaşlı Rəbiyə adlı qadın xilas edilib.
Hər ikisi ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib.
Hazırda güclü dağıntılara səbəb olan zəlzələlərdən sonra bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.
Bizim.Media