TÜRKSOY-un azərbaycanlı nümayəndəsinin iştirakı ilə 3 nəfər dağıntılar altından XİLAS EDİLDİ 

“TÜRKSOY nümayəndəsi olaraq Qazaxıstandan göndərilən xilasetmə qrupuna tərcüməçi kimi dəstək verdiyim müddətdə dağıntılar altından ata və iki oğlu olmaqla, 3 nəfəri xilas etmək mümkün oldu”. 

Bizim.Media xəbər verir ki, bunu Report-a Türk dünyası Beynəlxalq Mədəniyyət Təşkilatının (TÜRKSOY) mətbuat şöbəsinin azərbaycanlı əməkdaşı Vüqar Novruzoğlu bildirib. 

Vüqar Novruzoğlu deyib ki, fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək vermək üçün TÜRKSOY olaraq mütəşəkkil qaydada fəaliyyətə başlayıblar: 

“Hadisənin ikinci günündə biz 13 nəfərlik heyətlə zəlzələdən zərərçəkənlər üçün ən zəruri ehtiyaclar ola bilən əşyalar, qida və geyimlə dolu iki avtomobillə bölgələrə getdik. İlk getdiyimiz yerlərdən biri də Qaziantepin Beykent kompleksi idi. Biz orada TÜRKSOY olaraq zəlzələdən zərəçəkənlər üçün çadırlar qururduq. Bilirsiniz ki, başda Azərbaycan olmaqla dünyanın müxtəlif ölkələrindən olan xilasetmə qrupları Türkiyədədir. Azərbaycandan olan xilasedicilərlə Türkiyə əhalisi arasında tərcüməyə ehtiyac yoxdur. 

Amma türk dünyasından - Qazaxıstan, Qırğızstan və digər ölkələrdən gələn heyətlər üçün tərcüməçiyə ehtiyac olur. Orada məlum oldu ki, Qzaxıstandan gələn xilasetmə qrupu çalışır və tərcüməçiyə ehtiyac var. O səbəbdən də onlara tərcüməçi olaraq mən təhkim edildim. Qrupda 16-17 nəfər qazaxıstanlı xilasedicilər vardı.
Tam 19 saat səhərə qədər dayanmadan onlarla bərabər çalışdıq. Zəlzələ baş verdiyi andan tam 77 saat sonra ata və iki oğlunu xilas etmənin sevincini yaşadıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

Tramp xalqa müraciət EDƏCƏK

Tramp xalqa müraciət EDƏCƏK

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

“Neftçi” Xorvatiya klubuna uduzdu

“Neftçi” Xorvatiya klubuna uduzdu

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq

Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana gəldi - FOTO

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana gəldi - FOTO

Nazir polkovnik-leytenantı yüksək vəzifəyə təyin etdi

Nazir polkovnik-leytenantı yüksək vəzifəyə təyin etdi

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB - FOTO/VİDEO

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB - FOTO/VİDEO

Portuqaliyalı qapıçı “Kəpəz”ə qayıtdı

Portuqaliyalı qapıçı “Kəpəz”ə qayıtdı

DİM sosial şəbəkələrdə yayılan iddiaları təkzib etdi: "Beynəlxalq dil sertifikatları tanınır"

DİM sosial şəbəkələrdə yayılan iddiaları təkzib etdi: "Beynəlxalq dil sertifikatları tanınır"

Bakının tikinti sektorunun təhlili: trendlər, problemlər və yeni standartlar — “Kristal”ın rəhbəri Mahayət Nəbiyevlə müsahibə

Bakının tikinti sektorunun təhlili: trendlər, problemlər və yeni standartlar — “Kristal”ın rəhbəri Mahayət Nəbiyevlə müsahibə

End of content

No more pages to load

RADİO