Türkiyənin “Anadolu” agentliyinin müxbiri Burak Milli və onun ailə üzvləri Hatayda baş vermiş zəlzələ nəticəsində həlak olublar.
Bizim.Media xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.
Məlumata görə 31 yaşlı Burak Milli, həyat yoldaşı 30 yaşlı Ayşən Milli və 5 aylıq qızları Eylül Lina Hatayın cənubundakı İskəndərun şəhərində yerləşən binanın dağıntıları altında qalıblar.
Xilasedicilər jurnalistin və ailə üzvlərinin meyitlərini zəlzələdən 4 gün sonra dağıntılar arasından çıxarıblar.
Bizim.Media