Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah səhər saatlarından zəlzələ bölgəsini ziyarət etməyə başlayacaq.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Ərdoğanın özü zəlzələ zamanı dünyasını dəyişən AKP-li millət vəkili Yakup Taşın ailəsinə başsağlığı verərkən bildirib.
"Allah səbr versin. Bütün Taş ailəsinə başsağlığı verirəm. İnşallah sabah səhərdən zəlzələ baş verən ərazilərə gedəcəyəm", - deyə Türkiyə prezidenti bildirib.
Bizim.Media