Tunis prezidenti Kais Said xarici işlər naziri Osman Qerandini vəzifəsindən azad edərək, onun yerinə ölkənin Avropa İttifaqı və Belçikadakı keçmiş səfiri Nabil Əmmarı təyin edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, prezident administrasiyasının xarici işlər nazirinin istefası ilə bağlı bəyanatında Qerandinin vəzifədən azad edilməsinin səbəbi göstərilməyib.
Qeyd olunub ki, Tunis prezidenti 2021-ci ilin sonunda parlamenti buraxdıqdan sonra nazirlərin əksəriyyətini dəyişsə də, Qerandini vəzifəsində azad etməmişdi.
Bizim.Media