Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələlərə görə həmrəylik nümayiş etdirmək üçün NATO-nun qərargahındakı bayraqlar yarıya endirilib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahı qarşısında 30 müttəfiq ölkənin bayraqları Türkiyə və türk xalqı ilə həmrəylik, zəlzələdə həyatını itirənlər üçün sabah axşama qədər yarıda qalacaq.
NATO-nun sözçüsü Oana Lungesku NATO üzvü olan ölkələrin zəlzələ bölgəsində köməyə ehtiyacı olanlara dəstək olmaq üçün yardım səylərini səfərbər etdiklərini bildirib.
Bizim.Media