Prezident: "Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini azad edirik"

"Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər".

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində deyib.

"Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Yəqin, sizin də bildiyiniz kimi, Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki, Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və bizi, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi. Biz onların geriyə çəkilməsinə nail olduq. Lakin əfsuslar olsun ki, növbəti ay - avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər. Bu sabotaj qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən saxlanılmışdır və o ifadə verir. Beləliklə bu, danışıqları pozmaq və Azərbaycana hücum etmək üçün qəsdən edilən bir cəhddir. Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı bizim üstümüzə atmaqdan, danışıqların tamamilə pozulmasından, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Biz onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik", - deyə dövlət başçısı bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentdən növbəti paylaşım: “Bu gün sülh artıq reallıqdır” - VİDEO

Prezidentdən növbəti paylaşım: “Bu gün sülh artıq reallıqdır” - VİDEO

60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur – VİDEO

60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur – VİDEO

Moskvada mağazaları yanan azərbaycanlı iş adamı: "Çox ziyan dəyib" - VİDEO

Moskvada mağazaları yanan azərbaycanlı iş adamı: "Çox ziyan dəyib" - VİDEO

“Al Jazeera”: Şahbaz Şərifin İsveçrə səfəri LƏĞV EDİLDİ

“Al Jazeera”: Şahbaz Şərifin İsveçrə səfəri LƏĞV EDİLDİ

Yenidən qurulan Ağciyər Xəstəlikləri Xəstəxanasının açılışı oldu - FOTO

Yenidən qurulan Ağciyər Xəstəlikləri Xəstəxanasının açılışı oldu - FOTO

İlham Əliyevdən PAYLAŞIM: Dostlarımızın sayı ilbəil artır - VİDEOÇARX

İlham Əliyevdən PAYLAŞIM: Dostlarımızın sayı ilbəil artır - VİDEOÇARX

Türkiyə MMN Azərbaycan hərbçiləri üçün təlim keçəcək - FOTO

Türkiyə MMN Azərbaycan hərbçiləri üçün təlim keçəcək - FOTO

İrandan Ermənistana XƏBƏRDARLIQ: “Hədəf ola bilərsiniz!”

İrandan Ermənistana XƏBƏRDARLIQ: “Hədəf ola bilərsiniz!”

Sabah bəzi ərazilər qazsız qalacaq

Sabah bəzi ərazilər qazsız qalacaq

Prezidentə gələn növbəti TƏBRİK...

Prezidentə gələn növbəti TƏBRİK...

Lavrov Ukraynaya kütləvi zərbələrin ANONSUNU VERDİ

Lavrov Ukraynaya kütləvi zərbələrin ANONSUNU VERDİ

İsveç səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatdı - FOTO

İsveç səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatdı - FOTO

"Apple"ın 2027-ci il planları məlum oldu - Hansı "sürpriz"lər olacaq?

"Apple"ın 2027-ci il planları məlum oldu - Hansı "sürpriz"lər olacaq?

Cəlilabad sakini faciəvi şəkildə HƏYATINI İTİRDİ

Cəlilabad sakini faciəvi şəkildə HƏYATINI İTİRDİ

DÇ-2026-nın əsas favoritləri bəlli oldu - İLK ONLUQ

DÇ-2026-nın əsas favoritləri bəlli oldu - İLK ONLUQ

ABŞ və İranın razılığından sonra ilk tankerlər Hörmüz boğazından keçdi

ABŞ və İranın razılığından sonra ilk tankerlər Hörmüz boğazından keçdi

Bu tısbağa Ginnesin Rekordlar Kitabının rəsmi ikonası elan edildi

Bu tısbağa Ginnesin Rekordlar Kitabının rəsmi ikonası elan edildi

“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ

“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ

Nəhayət ki, o “Range Rover” satıldı

Nəhayət ki, o “Range Rover” satıldı

Yeni vəzifəyə təyin olunan Rəna Məmmədova kimdir?– DOSYE

Yeni vəzifəyə təyin olunan Rəna Məmmədova kimdir?– DOSYE

Sertifikasiyada iştirak edən müəllimlərin DİQQƏTİNƏ – Sabahdan etibarən...

Sertifikasiyada iştirak edən müəllimlərin DİQQƏTİNƏ – Sabahdan etibarən...

60 yaşlı kişi kanalda batdı

60 yaşlı kişi kanalda batdı

Co Baydenin narkoman oğlu bu təşkilatda işə düzəldi

Co Baydenin narkoman oğlu bu təşkilatda işə düzəldi

Azərbaycanda hibrid avtomobil qiymətləri yüksəldi - Köhnə maşınlar yenidən DƏBDƏ

Azərbaycanda hibrid avtomobil qiymətləri yüksəldi - Köhnə maşınlar yenidən DƏBDƏ

End of content

No more pages to load

RADİO