Dünyanın məşhur idman portallarından olan "Goal" cari ildə keçirilən futbol üzrə dünya çempionatının əsas favoritlərinin onluğunu təqdim edib.
Bizim.Media xəbər verir ki, reytinq siyahısına son dünya çempionu olan Argentina millisi başçılıq edir.
Təqdim olunan TOP-10 siyahısı aşağıdakı kimidir:
Argentina, Fransa, İngiltərə, İspaniya, Almaniya, Portuqaliya, Braziliya, Mərakeş, Norveç, Niderland
Bizim.Media